...

Şeyxülislam Allahşükür Paşazadə Dağıstanda dini liderlərlə müzakirələr aparıb

Cəmiyyət Materials 14 Mart 2012 17:30 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Rusiyanın Dağıstan Respublikasının Mahaçqala şəhərində qısamüddətli səfərdə olub.
Şeyxülislam Allahşükür Paşazadə Dağıstanda dini liderlərlə müzakirələr aparıb

Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir M.Əliyev/

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə çərşənbə günü Rusiyanın Dağıstan Respublikasının Mahaçqala şəhərində qısamüddətli səfərdə olub.

İdarənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində QMİ sədrinin RF Dağıstan Respublikasının Prezidenti Maqomedsalam Maqomedovla görüşündə xalqlarımız arasında mövcud tarixi-mənəvi əlaqələrin genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Şeyxülislam Allahşükür Paşazadə, həmçinin Rusiya Federasiya Şurasının sədr müavini İlyas Umaxanovla görüşüb.

Səfər çərçivəsində Qafqazin dini lideri Allahşükür Paşazadə Dağıstan Müsəlmanları Ruhani İdarəsinin sədri müfti Əhməd Abdullayevlə, həmçinin, Çeçenistan müftisi Soltan Mirzəyevlə görüşüb, qarşılıqlı əhəmiyyət kəsb edən dini-mənəvi məsələləri müzakirə edib.

QMİ sədri Dərbənd şəhərindən və Çeçenistandan gəlmiş dindarlarla görüşərək səmimi ünsiyyətdə olub, onlara xeyir-dua verib.

Xəbər lenti

Xəbər lenti