...

Azərbaycanda qadınlara qarşı zorakılıq hallarının qarşısının alınmasında problemlər mövcuddur

Cəmiyyət Materials 15 Mart 2012 12:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda qadınlara qarşı zorakılıq hallarının qarşısının alınmasında bir sıra problemlər mövcuddur. Trend-in məlumatına görə, bunu cümə axşamı "Azərbaycanda qadın hüquqları və gender stereotipləri" mövzusunda keçirilən "dəyirmi masa"da çıxışı zamanı Konstitusiya Məhkəməsinin sədr müavini Sona Salmanova deyib.

"Bu problemlərin bir qismi qadınların zorakılıq barədə məlumat verməmələrindən irəli gəlir. Hesab edirəm ki, qadınlar maariflənməli, öz hüquqlarını bilməlidir. Qadın hüquqları sahəsində fəaliyyət göstərən QHT-lərin üzərinə bununla bağlı böyük vəzifə düşür. Bu işdə QHT-lər fəal olmalıdır", - Salmanova bildirb.

Sədr müavini məişət zorakılığı ilə bağlı qanunun qəbul edildiyini və bu qanuna uyğun olaraq qanunvericilikdə cinayət və inzibati məsuliyyət nəzərdə tutulduğunu diqqətə çatdırıb. Həmçinin məişət zorakılığı ilə bağlı Nazirlər Kabinetinin qəbul etdiyi qərarlar barədə də məlumat verib.

O bildirib ki, Konstitusiyada qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması ilə bağlı hüquqi baza var. Konstitusiyaya görə, hər kəs cinsindən asılı olmayaraq qanun qarşısında bərabərdir. Əsas qanunla vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasında da cinsə görə ayrı-seçkilik qadağan olunur.

Xəbər lenti

Xəbər lenti