...

Sabah Bakı yenə küləkli olacaq

Cəmiyyət Materials 24 Mart 2012 12:25 (UTC +04:00)
Sabah Azərbaycan ərazisində hava küləkli olacaq.
Sabah Bakı yenə küləkli olacaq

Azərbaycan, Bakı, 24 mart /Trend, müxbir İ.İsabalayeva/

Sabah Azərbaycan ərazisində hava küləkli olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən şənbə günü Trend-ə bildiriblər ki, martın 25-də Bakı və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Səhər yarımadanın bəzi yerlərində zəif duman, çiskin olacaq, arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 3-5° isti, gündüz 7-12° isti olacağı gözlənilir.

Martın 25-də mülayim şimal küləyi martın 26-da arabir güclənən cənub-qərb küləyi ilə əvəz olunacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman, şimal və şərq rayonlarında isə az yağıntılı olacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5° isti, gündüz 12-17° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 5-10° isti olacaq.

Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 6-11° şaxta olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti