...

Qobustan həbsxanasına narkotik maddələrin keçirmək cəhdinin qarşısı alınıb

Cəmiyyət Materials 25 Mart 2012 12:42 (UTC +04:00)
Qobustan Həbsxanasına qaynadılmış ət yeməyinin içində narkotik maddə keçirilməsinin qarşısı alınıb.
Qobustan həbsxanasına narkotik maddələrin keçirmək cəhdinin qarşısı alınıb

Azərbaycan, Bakı, 25 mart / Trend /

Qobustan həbsxanasına qaynadılmış ət yeməyinin içində narkotik maddə keçirilməsinin qarşısı alınıb.

Trend-in Ədliyyə Nazirliyi Penitensiar Xidmətə istinadən verdiyi məlumata görə, 24.03.2012-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan Həbsxanasında cəza çəkən 1975-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1; 120.2.4; 120.2.11; 29; 120.2.7; 178.3.2; 181.3.1; 181.3.2; 181.3.3; 206.4; 217.1; 228.1; 320-ci maddələri ilə təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilmiş məhkum Vəliyev Rəcəb Adil oğluna qohumu Quliyev Mirzəli Əli oğlunun gətirdiyi sovqata baxış keçirilən zaman qaynadılmış ət yeməyinin (xaş) iri sümüklərinin içərisindən ümumi çəkisi 22,382 qram olan narkotik maddə - "tiryək" aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti