...

Azərbaycanda ilk 3 orta məktəbin akkreditasiyası keçirilib

Cəmiyyət Materials 28 Mart 2012 14:45 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi ölkədəki bir neçə ümumtəhsil müəssisəsinin akkreditasiyasının birinci mərhələsini keçirib. Bunu çərşənbə günü Trend-ə nazirliyin Akkreditasiya şöbəsinin müdiri Həbib Zərbəliyev deyib.
Azərbaycanda ilk 3 orta məktəbin akkreditasiyası keçirilib

Azərbaycan, Bakı, 28 mart / Trend müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi ölkədəki bir neçə ümumtəhsil müəssisəsinin akkreditasiyasının birinci mərhələsini keçirib. Bunu çərşənbə günü Trend-ə nazirliyin Akkreditasiya şöbəsinin müdiri Həbib Zərbəliyev deyib.

Onun sözlərinə görə, həmin müəssisələr Gəncədəki 27, Bakının 164 və 225 saylı məktəbləridir.

Bu təhsil müəssisələrində 9 və 11-ci sinif məzunlarının 6 fənn üzrə yaddaş biliyi yoxlanılacaq. Yoxlama aparılacaq fənləri təhsil müəssisələri özləri müəyyən edəcəklər. Test yoxlaması nəticəsində 51 faizdən aşağı nəticə göstərən sinif fənlər üzrə akkreditasiyadan keçməmiş, 51 fazidən yuxarı nəticə göstərən sinif isə artıq akkreditasiyadan keçmiş hesab olunacaq.

Zərbəliyev deyib ki, şagirdlərin biliyinin yoxlanılması üçün test sorğusu keçirildikdən sonra bu məlumatlar məktəblərin akkreditasiyası ilə bağlı arayışa əlavə olunacaq. Ondan sonra isə yekun arayış hazırlanacaq və nazirliyin Akkreditasiya Şurasının müzakirəsinə çıxarılacaq. Şuranın qərarından sonra artıq həmin orta məktəblərin akkreditasiyadan keçib-keçməyəcəyi bilinəcək.

Qeyd edək ki, bu tədris ilindən Azərbaycanda ilk dəfə olaraq, orta məktəblərin akkreditasiyasına başlanılıb. Bu prosesə ilkin olaraq, pilot seçilmiş 11 orta məktəb cəlb edilib.

Zərbəliyev əlavə edib ki, növbəti tədris ilindən məktəbəqədər təhsil müəssisələrinin də akkreditasiyasına başlamaq planlaşdırılır. Bununla əlaqədar bu il məktəbəqədər təhsil müəssisələrinin akkreditasiyası qaydaları hazırlanacaq.

Zərbəliyev Təhsil Nazirliyinin tabeliyindən asılı olmayaraq, bütün təhsil müəssisələrinin akkreditasiyasının həyata keçirildiyini qeyd edib.

Xəbər lenti

Xəbər lenti