Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan Təhsil Nazirliyi ölkənin orta məktəblərinin direktorluğuna namizədlərin məlumat bazasını yaradacaq. Bu barədə Trend-ə cümə axşamı Təhsil Nazirliyindən məlumat veriblər.
Nazirlikdən bildirilib ki, hazırda məlumat bazasının yaradılması üçün iş aparılır.
Bazanın yaradılmasında əsas məqsəd daim ehtiyat kadrların olmasını təmin etmək, lazım olduqda onlardan istifadə etməkdir.
"Təhsil haqqında" qanuna görə, təhsil müəssisələrinin rəhbərləri birbaşa nazirlik tərəfindən təyin edilir. Buna görə də direktorluğa namizədlərin adları rayon təhsil şöbələri tərəfindən nazirliyiə təqdim edilir.
Direktor vəzifəsində çalışmaq istəyənlər kompüter vasitəsilə imtahan verərək işə qəbul olunurlar. İmtahanda suallar təhsil və əmək qanunvericiliyi, idarəetmə, informasiya-kommunikasiya texnologiyaları və məntiqlə bağlı olur.