Bakıda bələdiyyə sədri rüşvət aldığı üçün saxlanılıb (ƏLAVƏ OLUNUB)

Baş Prokurorluğun məlumatı əlavə olunub (ilk xəbər saat 12:44-də yayılıb)
Azərbaycan, Bakı, 30 mart /Trend, müxbir K.Zərbalıyeva/
Baş Prokurorluq Bakının Binə bələdiyyəsi sədrinin saxlanılması faktını təsdiqləyib.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-ə bildirib ki, Bakının Binə qəsəbə bələdiyyəsinin sədri Babaxan İsayev və onun müavini Əliisa Panayev Cinayət Məcəlləsinin 311.3.1-ci (rüşvət alma) maddəsi il şübhəli şəxs qismində saxlanılıblar.
Bu faktla əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində cinayət işi başlanıb, istintaq aparılır.