...

Bakıda təmirə bağlanan mərkəzi yolun açılma tarixi bəlli olub

Cəmiyyət Materials 2 Aprel 2012 13:13 (UTC +04:00)
Bakının mərkəzi yollarından biri təmirə bağlanıb.
Bakıda təmirə bağlanan mərkəzi yolun açılma tarixi bəlli olub

Azərbaycan, Bakı, 2 aprel / Trend müxbir K.Zərbalıyeva/

Bakının mərkəzi yollarından biri təmirə bağlanıb.

Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, Yusif Səfərov küçəsi ilə 28 May küçəsinin kəsişməsindən (Mərkəzi Neftçilər Xəstəxanasının qarşısı) Keykabxanım Səfərəliyeva küçəsinin kəsişməsinədək yolda təmir-tikinti işlərinin aparılması ilə əlaqədar yol 4-5 gün bağlı olacaq.

Əsədov bildirib ki, yola yeni asfalt örtüyü çəkilir, piyada səkisi abadlaşdırılır və yola yeni səki daşları düzülür.

İdarə yolun bağlanması ilə əlaqədar sürücülərə Yusif Səfərov küçəsindən düzünə Cavanşir körpüsü ilə sağa, Üzeyir Hacıbəyov küçəsi, Azadlıq prospekti, Puşkin və Rəşid Behbudov istiqamətinə alternativ yoldan istifadə olunmasını tövsiyyə edir.

Xəbər lenti

Xəbər lenti