...

"Azərbaycan macar gənclərin gözü ilə" kitabı işıq üzü görüb

Cəmiyyət Materials 3 Aprel 2012 19:56 (UTC +04:00)
Azərbaycanın bu ölkədəki səfirliyi və Azərbaycanın Gənclər və İdman Nazirliyinin birgə təşəbbüsü ilə hazırlanmış "Azərbaycan macar gənclərin gözü ilə" kitabı çapdan çıxıb.
"Azərbaycan macar gənclərin gözü ilə" kitabı işıq üzü görüb

Azərbaycan, Bakı, 3 aprel /Trend/

Xaricdə təhsil alan və məzun olmuş azərbaycanlı gənclərin bu il 6-8 aprel tarixlərində Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək II Beynəlxalq forumu ərəfəsində Azərbaycanın bu ölkədəki səfirliyi və Azərbaycanın Gənclər və İdman Nazirliyinin birgə təşəbbüsü ilə hazırlanmış "Azərbaycan macar gənclərin gözü ilə" kitabı çapdan çıxıb.

Səfirlikdən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, kitab Macarıstanın ali məktəb tələbələri arasında ölkəmizin dövlət müstəqilliyinin bərpasının 20 illiyi münasibəti ilə keçirilmiş "Mən Azərbaycan haqqında nə bilirəm?" adlı esse müsabiqəsinin materialları əsasında hazırlanıb.

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və ölkəmizin Macarıstandakı səfiri Vilayət Quliyev kitaba ön söz yazıblar.

Kitabda 30-a yaxın elmi məqalə və esse toplanıb. Əsasən ingilis, qismən də rus və türk dillərində qələmə alınmış araşdırmalarda gənc macar tədqiqatçılar Azərbaycanın qədim tarixi, mədəniyyəti, ədəbiyyatımızın ayrı-ayrı görkəmli simaları, ölkəmizin təbii sərvətləri və neft siyasəti, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan-Macarıstan əlaqələri, Avropa dəyərləri və qurumları ilə inteqrasiya haqqında öz həmvətənlərində və həmyaşıdlarında mümkün qədər geniş, obyektiv təsəvvür yaratmağa çalışıblar.

Esse müsabiqəsinin 5 qalibi bu ilin iyun ayında Azərbaycanın Gənclər və İdman Nazirliyinin dəvəti ilə bir həftə müddətində ölkəmizdə olacaq, Azərbaycan haqqında bilik və təsəvvürlərini daha da dərinləşdirəcək.

Xəbər lenti

Xəbər lenti