...

Baş Prokurorluq Xətai rayonunda baş vermiş qətllə bağlı məlumat yayıb

Cəmiyyət Materials 11 Aprel 2012 12:47 (UTC +04:00)
Baş Prokuroluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-ə bildirib ki, aprelin 8-də Elmir Soltanovun kirayədə yaşadığı mənzildə boyun və sifət nahiyələrində qançır və sıyrıq xəsarətləri olan meyitinin aşkar edilib.
Baş Prokurorluq Xətai rayonunda baş vermiş qətllə bağlı məlumat yayıb

Azərbaycan, Bakı, 11 aprel / Trend müxbir K.Zərbalıyeva/

Baş Prokurorluq Xətai rayonunda baş vermiş qətllə bağlı məlumat yayıb.

Baş Prokuroluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-ə bildirib ki, aprelin 8-də Elmir Soltanovun kirayədə yaşadığı mənzildə boyun və sifət nahiyələrində qançır və sıyrıq xəsarətləri olan meyitinin aşkar edilib.

Fakta görə həmin tarixdə Xətai rayon prokurorluğunda cinayət işi başlanıb, iş üzrə zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilib, o cümlədən məhkəmə-tibb ekspertizası təyin olunub.

Espertizanın ilkin arayışına görə Soltanovun ölümünə səbəb ağız və burun dəliklərinin qapanması və boyun üzvlərinin sıxılması nəticəsində baş vermiş mexaniki asfiksiya olub.

Mhkəmə-tibb ekspertizasının rəyi alındıqdan sonra toplanmış sübutlara hüquqi qiymət verilməklə qanunamüvafiq qərarın qəbul edilməsi təmin ediləcək.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Xəbər lenti

Xəbər lenti