Azərbaycan, Bakı, 16 aprel /Trend/
Bu gün Bakının Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə (Bülbül və Xətai prospektləri, Şeyx Şamil, Süleyman Rəhimov, Ceyhun Hacıbəyli küçələrinə) içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Bu barədə Trend-ə "Azərsu" ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məhdudiyyətlər Bakının Nəsimi rayonu Süleyman Rəhimov küçəsində çəkilmiş yeni 400 mm diametrli magistral su xəttinin şəbəkəyə qoşulması ilə əlaqədardır.
Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.