...

Azərbaycanda psixoloji problemləri olan insanlar üçün “İnam telefonu” fəaliyyətə başlayacaq

Cəmiyyət Materials 16 Aprel 2012 16:24 (UTC +04:00)
Azərbaycanda ilk dəfə olaraq, psixoloji problemləri olan insanlar üçün dövlət səviyyəsində “İnam telefonu” fəaliyyət göstərəcək.
Azərbaycanda psixoloji problemləri olan insanlar üçün “İnam telefonu” fəaliyyətə başlayacaq

Azərbaycan, Bakı, 16 aprel / Trend müxbir İ.İsabalayeva/

Azərbaycanda ilk dəfə olaraq psixoloji problemləri olan insanlar üçün dövlət səviyyəsində "İnam telefonu" fəaliyyət göstərəcək. Bunu bazar ertəsi Trend-ə Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin direktoru Zəfər Əliyev deyib.

Onun sözlərinə görə, "İnam telefonu" (telefon nömrəsi- 566 50 61) sabahdan fəaliyyətə başlayacaq. Bu xidmət hələlik saat 9.00-dan 18.00-dək fəaliyyət göstərəcək.

Gələcəkdə isə "İnam telefonu"nun bütün sutka ərzində fəaliyyət göstərməsi planlaşdırılır. Psixoloji çətinliyi olan insanları narahat edən məsələləri psixoloq və psixiatrlar cavablandıracaq. Gələcəkdə bu işə treninqdən keçmiş könüllülərin də cəlbi nəzərdə tutulur.

Xidmətə müraciət edilən şəxsin probleminin cavablandırılmasına orta hesabla 5-7 dəqiqə vaxt ayrılacaq.

Xəbər lenti

Xəbər lenti