...

Azərbaycan internet məkanında ilk eko-oyuna start verildi

Cəmiyyət Materials 16 Aprel 2012 17:43 (UTC +04:00)
“Təmiz Şəhər” ASC gənclər arasında “yaşıl düşüncə” tərzinin inkişaf etdirilməsi məqsədilə mütəmadi olaraq müxtəlif maarifləndirmə tədbirləri həyata keçirir
Azərbaycan internet məkanında ilk eko-oyuna start verildi

Azərbaycan, Bakı, 16 aprel /Trend/

"Təmiz Şəhər" ASC gənclər arasında "yaşıl düşüncə" tərzinin inkişaf etdirilməsi məqsədilə mütəmadi olaraq müxtəlif maarifləndirmə tədbirləri həyata keçirir.

Səhmdar Cəmiyyətin bu dəfəki tədbiri isə digərlərindən çox fərqlənir. Qurumun mətbuat xidmətindən Trend-ə bildiriblər ki, "Şəhərini təmiz saxla" oyunu Qala qəsəbəsində və İçərişəhərdə tullantıların çeşidlənməsi layihələrinə dəstək olaraq "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin təşəbbüsü ilə hazırlanıb və "yaşıl düşüncə" konsepsiyasının inkişafına dəstək verir. "Şəhərini təmiz saxla" oyununun məqsədi gəncləri sevdiyi məşğuliyyətlərdən ayırmadan maarifləndirmək və düzgün tərbiyələndirməkdir.

Oyunun qaydalarına əsasən istifadəçilər üzvi tullantıları yaşıl, qeyri-üzvi tullantıları göy, təhlükəli tullantıları isə qəhvəyi konteynerlərə yerləşdirməlidirlər. Oyunçu düzgün yerləşdirilən hər tullantıya görə 5 bal qazanır. Ən çox xal qazanan 5 tələbə "Təmiz Şəhər" ASC tərəfindən 4-9 iyul 2012-ci il tarixlərində Şəki şəhərində keçiriləcək "Gənclər Təmizlik Naminə" III yay məktəbinə qatılmaq imkanı qazanacaq.

Tullantıların düzgün şəkildə çeşidlənməsi haqqında nəzəri biliklərlə yanaşı, təcrübi-vərdişlər əldə etmək istəyirsinizsə facebook sosial şəbəkəsindən https://apps.facebook.com/tamizshahar/ linkinə daxil olmaqla oyuna qoşula bilərsiniz.

Xəbər lenti

Xəbər lenti