...

Müəllif Hüquqları Agentliyinin kollegiyasının tərkibi təsdiqlənib

Cəmiyyət Materials 18 Aprel 2012 15:51 (UTC +04:00)
Azərbaycan Nazirlər Kabineti Müəllif Hüquqları Agentliyinin kollegiyasının tərkibini təsdiqləyib.
Müəllif Hüquqları Agentliyinin kollegiyasının tərkibi təsdiqlənib

Azərbaycan, Bakı, 18 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Nazirlər Kabineti Müəllif Hüquqları Agentliyinin kollegiyasının tərkibini təsdiqləyib.

Nazirlər Kabinetindən çərşənbə günü Trend-ə verilən məlumata görə, Müəllif Hüquqları Agentliyinin kollegiya üzvlərinin sayı 5 nəfərdən ibarət müəyyənləşdirilib.

Kollegiyanın sədri Müəllif Hüquqları Agentliyinin sədri İmanov Kamran Sultan oğludur. Kollegiyanın üzvləri Kərimov Fuad Hüsü oğlu (Agentliyin aparatının rəhbəri), İsayev Natiq Əli oğlu (Agentliyin beynəlxalq əlaqələr və informasiya təminatı şöbəsinin müdiri), Həsənli Xudayət İsgəndər oğlu (Agentliyin əsərlərin qeydiyyatı və hüquq şöbəsinin müdiri) və Mustafayeva Gülarə Binnət qızıdır (Agentliyin iqtisadiyyat və maliyyə şöbəsinin müdiri).

Xəbər lenti

Xəbər lenti