Azərbaycan, Bakı, 23 aprel /Trend/
Trend İnformasiya Agentliyi "App Store" mağazası vasitəsilə Sizin "iPhone" smartfonunuz və ya "iPad" planşetinizdə pulsuz quraşdırmağın mümkün olduğu TrendMobile əlavəsini tətbiq edib.
TrendMobile əlavəsini quraşdırmaqla Sizin Qafqaz, Xəzər və Mərkəzi Asiya üzrə vacib iqtisadi və siyasi xəbərlərə, gündəlik ixtisaslaşdırılmış araşdırmalara və hadisələrlə dolu fotolara daimi onlayn-çıxış imkanınız yaranacaq. İqtisadiyyatın müxtəlif sahələrində çalışan biznesmenlərə istiqamətlənmiş TrendMobile məlumatları əldə etmək üçün universal alətdir.
Əlavə internet şəbəkəsinə qoşulmadan ona çıxış üçün xəbərləri saxlamaq, proqramdan çıxmadan bəyəndiyiniz məqaləni e-mail vasitəsilə göndərmək, onu "Facebook", "Twitter" və "Digg" sosial şəbəkələri vasitəsilə paylaşmaq imkanı verir. Ətraflı düşünülmüş naviqasiya və rahat axtarış əlavədən səmərəli istifadə etmək imkanı yaradır.
Proqramda Azərbaycan, ingilis, rus və ərəb dillərində xəbərləri izləmək imkanı yaradılıb.
"App Store"də TrendMobile əlavəsini pulsuz olaraq burada yükləmək olar.
Azərbaycanda 1995-ci ildə əsası qoyulan Trend müstəqil ingormasiya agentliyidir və Qafqaz, Xəzər və Mərkəzi Asiya xəbərlərinin qabaqcıl tədarükçülərindən biridir.
"Moody's International" Trend-i sertifikasiyadan keçirib və agentlikdə ISO 9001-2008 tələblərinə cavab verən menecment keyfiyyəti sistemini tanıyıb. Trend Asiya və Sakit Okean ölkələrinin İnformasiya Agentlikləri Təşkilatına (OANA) üzv qəbul edilib.
Trend agentliyinin tərkibində Azərbaycan, rus, ingilis, fars və ərəb xəbərləri xidmətləri fəaliyyət göstərir. Xidmətlər diqqəti daha çox cəlb edən hadisələri müvafiq dillərin auditoriyasına çatdırmaq kontekstində ölkə və region xəbərlərini istehsal edir.