Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir E.Mehdiyev/
2012-ci ilin birinci rübündə ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyinin 185 nömrəli "qaynar xətt"inə 3602 müraciət daxil olub.
Trend-in İB-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, zənglərin 97,5%-i (3514 zəng) Bakı şəhəri və Abşeron rayonunda yaşayan vətəndaşlar tərəfindən edilib. Müraciətlərin təqribən 63,2%-i qaz sayğaclarının koda düşməsi, 10,1%-i istifadə olunan qaza görə yaranmış borcun araşdırılması, 4,3%-i qazın təzyiqinin aşağı olması, 3,3%-i qaz xətlərindəki nasazlıq, qalan hissəsi isə müxtəlif məsələlərlə bağlı olub.
Cari ilin birinci rübündə ən çox müraciət (46,3%) havaların şaxtalı keçdiyi fevral ayına təsadüf edib. Müraciətlərin 66%-i (2387 zəng) yerli Qaz İstismar sahələrinə yönəldilib, qalan hissəsi isə "qaynar xətt"in dispetçerləri tərəfindən cavablandırılıb.
"Azəriqaz" İB-nin "qaynar xətt"inə edilən bütün müraciətlər qeydə alınaraq, Birliyin müvafiq struktur bölmələri tərəfindən araşdırılıb və problemlər öz həllini tapıb.
"Azəriqaz"a daxil olan müraciətlərin çoxu qaz sayğaclarının koda düşməsi ilə bağlı olub
2012-ci ilin birinci rübündə ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyinin 185 nömrəli "qaynar xətt"inə 3602 müraciət daxil olub.
