...

Azərbaycanda Elmin İnkişafı Fondu 3 plagiat iş aşkarlayıb

Cəmiyyət Materials 26 Aprel 2012 11:10 (UTC +04:00)
Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu fəaliyyəti dövründə 3 plagiat iş aşkarlayıb. Trend-in məlumatına görə, bunu jurnalistlərə EİF-in sədri Elçin Babayev deyib.
Azərbaycanda Elmin İnkişafı Fondu 3 plagiat iş aşkarlayıb

Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu fəaliyyəti dövründə 3 plagiat iş aşkarlayıb. Trend-in məlumatına görə, bunu jurnalistlərə EİF-in sədri Elçin Babayev deyib.

"Bunların müzakirələri o qədər gərgin keçib ki, anonimlik şərtini pozmağa razı olan alimlər də var idi. Lakin biz belə elmi forumlarda etik normaları gözləməyə çağırırıq", - fond sədri əlavə edib.

Babayev qeyd edib ki, EİF-ə daxil olan bütün layihələrin müəlliflik hüquqları tam qorunur. Hansısa mübahisəli məsələ ortaya çıxarkən da fond onu Müəllif Hüquqları Agentliyi ilə birgə sonadək araşdırmağa hazırdır.

Onun sözlərinə görə, EİF-də çox güclü elektron məlumat bazası yaradılıb və zənginləşdirilir. Bu baza hesabına fond onlara daxil olan layihələrin paralel olaraq digər qurumlara da göndərilməsi, işlənilmiş mövzular barədə məlumatlar alır.

Xəbər lenti

Xəbər lenti