...

"Heydər zirvəsi"nə yürüşlər təşkil olunacaq

Cəmiyyət Materials 2 May 2012 10:12 (UTC +04:00)
Ümummilli lider Heydər Əliyevin doğum günü ilə əlaqədar 4-11 mayda Şahdağ Milli Parkının ərazisində yerləşən "Heydər zirvəsi"nə kütləvi yürüşlər təşkil olunacaq.
"Heydər zirvəsi"nə yürüşlər təşkil olunacaq

Azərbaycan, Bakı, 2 may / Trend müxbir M.Əliyev/

Ümummilli lider Heydər Əliyevin doğum günü ilə əlaqədar 4-11 mayda Şahdağ Milli Parkının ərazisində yerləşən "Heydər zirvəsi"nə kütləvi yürüşlər təşkil olunacaq. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bununla bağlı quruma müxtəlif təşkilatlardan müraciətlər daxil olub.

Nazirliyə daxil olan məktublarda Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasından 241 nəfərin, Azərbaycan Alpinizm Federasiyasından 75 nəfərin yürüş edəcəyi bildirilib.

Müraciətlərdə adları göstərilən şəxslərə Milli Parkın ərazisinə giriş üçün icazə verilib.

Nazirliyin aidiyyəti qurumları tərəfindən kütləvi yürüşlərin yüksək səviyyədə həyata keçirilməsi və yürüş iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə Xınalıq kəndi ərazisindən "Heydər zirvəsi"nə gedən müvafiq marşrut Şahdağ Milli Parkı tərəfindən yürüş üçün tam uyğunlaşdırılaraq hazır vəziyyətə gətirilib.

Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əmrinə əsasən, 4-11 mayda ümummilli lider Heydər Əliyevin doğum günü ilə əlaqədar Şahdağ Milli Parkının ərazisində yerləşən "Heydər zirvəsi"nə yürüş edən iştirakçılar birdəfəlik giriş haqqından azad ediliblər.

Xəbər lenti

Xəbər lenti