Azərbaycan, Bakı, 7 may /Trend, müxbir K.Zərbalıyeva/
Sabah Azərbaycanda havanın temperaturu nisbətən yüksələcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən bazar ertəsi Trend-ə bildirilib ki, Bakıda və Abşeron yarımadasında mayın 8-də hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi, səhər zəif duman olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 10-15, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.
Mayın 8-dən 11-dək Abşeron yarımadasının hava şəraitində mühüm dəyişiklik gözlənilmir.
Meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında mayın 8-də əsasən səhər və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 13-18, gündüz 24-29, dağlarda gecə 5-10, gündüz 14-19 dərəcə isti təşkil edəcək.
Azərbaycanda havanın temperaturu yüksələcək
Sabah Azərbaycanda havanın temperaturu nisbətən yüksələcək.
