...

Ombudsmanın nümayəndələri müvəqqəti saxlama təcridxanasına baxış keçiriblər

Cəmiyyət Materials 7 May 2012 18:52 (UTC +04:00)
Ombudsmanın Milli Preventiv Mexanizm qrupunun üzvləri Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Abşeron rayon Polis Şöbəsinin (RPŞ) müvəqqəti saxlama təcridxanasına baxış keçiriblər.
Ombudsmanın nümayəndələri müvəqqəti saxlama təcridxanasına baxış keçiriblər

Azərbaycan, Bakı, 7 may /Trend/

Ombudsmanın Milli Preventiv Mexanizm qrupunun üzvləri Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Abşeron rayon Polis Şöbəsinin (RPŞ) müvəqqəti saxlama təcridxanasına baxış keçiriblər.

Ombusman Aparatının mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, qrupun üzvləri başçəkmə zamanı bu müəssisədəki saxlanma şəraitini araşdırıb, həmçinin saxlanmanın qanuniliyini təsdiq edən sənədlərlə tanış olub, hər hansı bir pozuntu aşkar edilməyib.

Saxlanılan on şəxslə söhbət aparılıb, onlara hüquqları izah olunub. Həmin şəxslər saxlanma şəraitindən, müəssisə rəhbərliyi və əməkdaşları tərəfindən onlara qarşı rəftardan şikayət etməyiblər.

Qeyd edək ki, Abşeron RPŞ-nin, o cümlədən MST-nin yenicə tikilib istifadəyə verilmiş binası standartlara tam cavab verir.

Xəbər lenti

Xəbər lenti