...

Azərbaycanda istintaq təcridxanasına ayaqqabının içərisində mobil telefon keçirmək cəhdinin qarşısı alınıb (FOTO)

Cəmiyyət Materials 8 May 2012 19:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 may /Trend/

Penitensiar Xidmətin və Bakı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.

Trend PX-nin rəsmi saytına istinadən məlumat verir ki, mayın 7-də həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında cəza çəkən 1989-cu il təvəllüdlü, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1; 177.2.2; 177.2.3; 177.2.4; 180.2.1; 180.2.4; 180.2.5; 66.3 maddələri ilə təqsirli bilinərək 4 il 6 ay müddətinə azaqdlıqdan məhrum edilmiş məhkum Abbasov Ramid Ramiz oğluna vətəndaş Abışov Seymur Şakir oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman qara rəngli 1 cüt ayaqqabının daban hissələrində gizlədilmiş "Fashion" markalı mobil telefonun əsas hissəsi, 1 ədəd "Nar kart", mobil telefonun batareyası və mobil telefonun qapaq hissəsi aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti