...

Bakıda xilaskar döyüşçülərin qardaşlıq məzarına əklil qoyulması mərasimi keçirilib

Cəmiyyət Materials 9 May 2012 14:18 (UTC +04:00)
Mayın 9-da Bakıda Böyük Vətən müharibəsi illərində həlak olmuş xilaskar döyüşçülərin qardaşlıq məzarına əklil qoyulması mərasimi keçirilib.
Bakıda xilaskar döyüşçülərin qardaşlıq məzarına əklil qoyulması mərasimi keçirilib

Azərbaycan, Bakı, 9 may /Trend, müxbir E.Tarıverdiyeva/

Mayın 9-da Bakıda Böyük Vətən müharibəsi illərində həlak olmuş xilaskar döyüşçülərin qardaşlıq məzarına əklil qoyulması mərasimi keçirilib. Trend-in məlumatına görə, mərasimdə Rusiya, Türkmənistan, Ukrayna, Belarus, Moldova, Tacikistan səfirləri, habelə Qazaxıstan və Özbəkistanın müvəqqəti işlər vəkilləri iştirak ediblər.

Mərasimdə, həmçinin Milli Məclisin deputatları, Nərimanov rayon bələdiyyəsinin nümayəndələri və müharibə veteranları iştirak ediblər.

Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin diplomatik missiyaların rəhbər və nümayəndələri adından iştirakçıları Böyük Qələbə Günü münasibətilə təbrik edib və faşizmin darmadağın edilməsi işində qiymətsiz töhfəsinə görə veteranlara minnətdarlığını bildirib. Səfir qeyd edib ki, həmin müharibədə döyüş meydanlarından Azərbaycanın hər 10 sakinindən biri geri qayıtmayıb.

Xatırladaq ki, bu il İkinci Dünya müharibəsindəki qələbənin 67-ci ildönümü qeyd edilir.

Xəbər lenti

Xəbər lenti