...

Gürcüstan nümayəndələri tullantıların idarəolunması sahəsində Azərbaycanın təcrübəsini öyrəniblər (FOTO)

Cəmiyyət Materials 16 May 2012 00:02 (UTC +04:00)
Avropa Birliyi (AB) tərəfindən maliyyələşdirilən “Tullantıların idarəedilməsi –AQTA Şərq” layihəsi çərçivəsində Gürcüstan nümayəndələri Azərbaycana tanışlıq səfəri etmişlər.
Gürcüstan nümayəndələri tullantıların idarəolunması sahəsində Azərbaycanın təcrübəsini öyrəniblər (FOTO)

Azərbaycan, Bakı, 15 may /Trend/

Avropa Birliyi (AB) tərəfindən maliyyələşdirilən "Tullantıların idarəedilməsi -AQTA Şərq" layihəsi çərçivəsində Gürcüstan nümayəndələri Azərbaycana tanışlıq səfəri etmişlər. Səfərin məqsədi Azərbaycanda tullantıların idarəolunması sahəsində irəliləyişlərlə tanış olmaq və bu sahədə təcrübə mübadiləsi aparmaq olmuşdur.

Cəmiyyətdən Trend-ə verilən məlumata görə, "Təmiz Şəhər" ASC-nin fəaliyyəti və reallaşdırdığı layihələrlə tanış olmaq məqsədilə "Tullantıların idarəedilməsi - AQTA Şərq" layihəsinin Gürcüstan üzrə koordinatoru İrakli Legaşvili, layihənin milli koordinatoru Alverd Çankseliani və Gürcüstanın Tullantıların İdarəolunması Şirkətinin rəhbəri Nuqzar Kevilişvili səfər çərçivəsində Balaxanı qəsəbəsində olmuşlar.

"Təmiz Şəhər" ASC-nin İdarə heyətinin sədr müavini Etibar Abbasov qonaqları Balaxanı Şəhər Tullantılarının Zərərsizləşdirilməsi Poliqonu, Balaxanı Bərk Məişət Tullantılarının Yandırılması Zavodu, Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda aparılan tikinti-quruculuq işləri ilə tanış etmişdir. Etibar Abbasov qonaqlara Balaxanı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun iş mexanizmi haqqında məlumat vermiş və bu zavodun istehsalat gücünə görə Şərqi Avropa və MDB məkanında ən iri bu tipli zavod olduğunu qeyd etmişdir. Gürcüstanlı nümayəndələrə həmçinin illik 200 min ton tullantı qəbul etmək gücünə malik olan Bərk Məişət Tullantılarının Çeşidlənməsi zavodu haqda məlumat verilmiş, zavodun cari ilin ortalarında istismara veriləcəyi bildirilmişdir. "Tullantıların idarəedilməsi -AQTA Şərq" layihəsinin nümayəndələrinə poliqonda aparılan işlər haqqında da geniş məlumat verilmiş, buranın 2014-ci ilədək dünya sanitariya standartlarına tam cavab verəcək poliqona çevriləcəyi vurğulanmışdır.

Nümayəndələr öz növbələrində tullantıların idarəolunması sahəsində Gürcüstanda reallaşdırılan layihələr haqqında məlumat vermiş və "Təmiz Şəhər" ASC tərəfindən görülən işləri yüksək qiymətləndirmiş, Azərbaycanın təcrübəsinin region ölkələr üçün uğurlu nümunə ola biləcəyini qeyd etmişlər.

Xəbər lenti

Xəbər lenti