Azərbaycan, Bakı, 17 may /Trend/
Çərşənbə günü Səhiyyə Nazirliyində BMT-nin İnsan Hüquqları və Sağlamlıq məsələləri üzrə xüsusi məruzəçisi Annand Qrouverin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir. Bu barədə Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Görüşdə son illər ərzində ölkə səhiyyəsində görülən işlər, əldə olunan nailiyyətlər və gələcək perspektivləri müzakirə olunmuşdur.
Qonaqları maraqlandıran 3 əsas mövzu - səhiyyənin maliyyələşdirilməsi, ağ ciyər xəstəlikləri sahəsində görülən işlər və cəzaçəkmə müəssisələrində olan cəzaçəkənlərin hüquqları və onlara göstərilən tibbi yardım haqqında məlumatlar verildi.
Səfər çərçivəsində Annand Qrouverin rəhbərlik etdiyi nümayəndə heyəti bir sıra tibb müəssisəsi ilə tanış olacaqlar.