...

Ali məktəblərə sənəd qəbulunun ilk mərhələsi başa çatdı

Cəmiyyət Materials 17 May 2012 10:02 (UTC +04:00)
Azərbaycanın ali və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunun ilk mərhələsi başa çatıb.
Ali məktəblərə sənəd qəbulunun ilk mərhələsi başa çatdı

Azərbaycan, Bakı, 17 may / Trend müxbir İ.İsabalayeva/

Azərbaycanın ali və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunun ilk mərhələsi başa çatıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə cümə axşamı Trend-ə bildirib ki, sənəd qəbulu iki mərhələdə aparılır.

Birinci mərhələdə (10 aprel - 16 may) abituriyentlər "Abituriyentin elektron ərizəsi" formasını şəxsən doldurublar. Sənəd qəbulunun aprelin 16-dan başlayan ikinci mərhələsində isə abituriyentlər tələb olunan sənədləri müvafiq Sənəd Qəbulu komissiyalarına təqdim etməklə elektron ərizələrini təsdiq etdirməlidirlər. Bu mərhələ mayın 18-də saat 17:00-da yekunlaşacaq.

Abituriyentin elektron ərizəsi yalnız Sənəd Qəbulu Komissiyası tərəfindən təsdiq ediləndən sonra hüquqi əsasa malik olur. Ərizəsi təsdiqlənməyən abituriyentlər qəbul imtahanlarına buraxılmırlar.

Nağızadə deyib ki, ilkin məlumatlara görə, ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarında iştirak üçün 106 109 nəfər elektron ərizə təqdim edib. Onlardan 101 432 nəfəri ərizəsini təsdiq etdirib.

Xəbər lenti

Xəbər lenti