Azərbaycan, Bakı, 18 may /Trend/
"+ 126 Qaraçuxur" su anbarını qidalandıran 700 mm diametrli magistral su kəmərinin Babək prospektindən keçən hissəsində qəza baş verib. Bu barədə Trend-ə "Azərsu" ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bununla əlaqədar mayın 18-də gün ərzində Sabunçu və Suraxanı rayonlarının bəzi yerlərinə - Bakıxanov, Qaraçuxur, Sabunçu və Əmircan qəsəbələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir.