Azərbaycan, Bakı, 19 may /Trend, müxbir İ.İsabalayeva/
Zaqatalada zəlzələ ehtimalı nəzərə alınaraq, rayon mərkəzi xəstəxanasındakı bütün xəstələr qonşu rayonların ərazisindəki xəstəxanalara köçürülüb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli Trend-ə bildirib ki, Zaqatala Rayon Mərkəzi Rayon Xəstəxanasındakı 16 xəstə həkim personalının müşayiəti ilə təcili tibbi yardım avtomobillərində qonşu rayonların xəstəxanalarına köçürülüb. Xəstələrdən biri mayın 18-də baş vermiş zəlzələ zamanı xəsarət alan, digər 15-i isə müxtəlif xəstəliklərdən xəstəxanada müalicə olunanlardır.
Qədirli bildirib ki, mayın 18-də Zaqatalada baş vermiş təkrar zəlzələ ilə bağlı Zaqatala Rayon Mərkəzi Xəstəxanasına 16 nəfər müraciət edib. Onlardan 15-nə ambulator yardım göstərilərək evə buraxılıb, bir nəfər isə stasionar müalicəyə cəlb olunub.