...

Azərbaycan sinoptiklərindən meteohəssas insanlara şad xəbər

Cəmiyyət Materials 21 May 2012 13:26 (UTC +04:00)
Mayın 22-dən 24-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olacaq.
Azərbaycan sinoptiklərindən meteohəssas insanlara şad xəbər

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir İ.İsabalayeva/

Mayın 22-dən 24-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bazar ertəsi Trend-ə verilən məlumata görə, mayın 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə zəif duman olacaq.
Şimal küləyi günün ikinci yarısında arabir güclənəcək.

Havanın temperaturunun gecə 16-21, gündüz 26-30 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında mayın 22-də hava gündüz əsasən yağmursuz olacaq. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək.

Havanın temperaturunun gecə 17-22, gündüz 28-33, dağlarda gecə 7-12, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti