...

Azərbaycanın prosessinq mərkəzi online ödəmə servisinin imkanlarını genişləndirib

Cəmiyyət Materials 21 May 2012 14:10 (UTC +04:00)
"Millikart" prosessinq mərkəzi online ödəmə servisinin imkanlarını genişləndirib, bir kartdan başqa karta pul vəsaitinin köçürülməsi, həmçinin mobil operatorların xidmətlərinin ödənilməsini servisə əlavə edib.
Azərbaycanın prosessinq mərkəzi online ödəmə servisinin imkanlarını genişləndirib

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir H.Vəliyev/

"Millikart" prosessinq mərkəzi online ödəmə servisinin imkanlarını genişləndirib, bir kartdan başqa karta pul vəsaitinin köçürülməsi, həmçinin mobil operatorların xidmətlərinin ödənilməsini servisə əlavə edib. Trend-in məlumatına görə, bu barədə mərkəzin bazar ertəsi yaydığı məlumatda deyilir.

Bundan sonra iBanking xidməti vasitəsilə balans haqqında məlumatın, hesabdan çıxarışların əldə olunması, Card-to-Card əməliyyatlarının aparılması - bir kartdan başqa karta pul vəsaitinin köçürülməsi, həmçinin mobil operatorların xidmətlərinin ödənilməsindən başqa, istifadəçilər kart vasitəsilə həyata keçirilən genişləndirilmiş onlayn ödəmələr xidmətindən istifadə edə biləcəklər. Mövcud mobil operatorlar siyahısına Azercell, Bakcell, Nar Mobile, kommunal xidmətləri - Azerigaz, Azersu, BES; İnternet - Adanet, Azeronline, Azstarnet, Eurosel; kabel televiziyası - Aile TV, B&B TV,Connect, KATV1 xidmətlərinin ödənilməsi əlavə edilmişdir. Xidmət pulsuzdur.

iBanking səhifəsindəki "şəxsi kabinet" istifadəçilər üçün çox rahat və tək yerə çevrilir ki, onlar orada bütün tranzaksiyalarını görməklə yanaşı, öz maliyyə vəziyyətləri haqqında daim xəbərdar olurlar.

Xəbər lenti

Xəbər lenti