...

2 aprel məhkumları aclığı dayandırıblar

Cəmiyyət Materials 21 May 2012 17:53 (UTC +04:00)
"İctimai Palata" adlandırılan qurumun ötən ilin aprel ayında keçirdiyi icazəsiz aksiyalarda saxlanılaraq azadlıqdan məhrum edilmiş şəxslərin hamısı aclığı dayandırıb.
2 aprel məhkumları aclığı dayandırıblar

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir K.Zərbalıyeva/

"İctimai Palata" adlandırılan qurumun ötən ilin aprel ayında keçirdiyi icazəsiz aksiyalarda saxlanılaraq azadlıqdan məhrum edilmiş şəxslərin hamısı aclığı dayandırıb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə məlumat verilib ki, aclıq aksiyasına qoşulan məhkumların hamısı aclığı dayandırıb.

Penitensiar Xidmətdən bildirilib ki, Qobustan həbsxanasında da aclıq edən ömürlük azadlıqdan məhrum edilmiş bir neçə məhkum da başladığı aclıq aksiyasını dayandırıb.

Qeyd edək ki, ötən il aprelin 2-də İctimai Palatanın keçirdiyi razılaşdırılmamış aksiyaya görə məhkum olunmuş şəxslər azadlığa buraxılma tələbi ilə aclıq aksiyası keçirib.

Xəbər lenti

Xəbər lenti