...

Sabah Bakıda hava küləkli və yağmurlu olacaq

Cəmiyyət Materials 22 May 2012 13:28 (UTC +04:00)
Sabah Bakıda hava şəraiti küləkli və yağmurlu olacaq.
Sabah Bakıda hava küləkli və yağmurlu olacaq

Azərbaycan, Bakı, 22 may / Trend müxbir K.Zərbalıyeva/

Sabah Bakıda hava şəraiti küləkli və yağmurlu olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, mayın 23-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.

Güclü şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.
Havanın temperaturu gecə 15-20, gündüz 25-29 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sabah hava gündüz əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək.

Havanın temperaturunun gecə 16-21, gündüz 26-31,
dağlarda gecə 6-11, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.

Yaxın 2 gündə gündüz saatlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Temperatur rejimində mühüm dəyişiklik gözlənilmir. Mayın 23-də arabir güclənən qərb küləyi əsəcək.

Xəbər lenti

Xəbər lenti