...

Azərbaycanda dəniz və enerji hüququ sahəsi üzrə magistrlər hazırlanacaq

Cəmiyyət Materials 24 May 2012 12:48 (UTC +04:00)
Azərbaycan Nazirlər Kabinetinin "Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı"nda etdiyi yeni dəyişiklik əsasında ölkədə dəniz və enerji hüququ sahəsi üzrə də magistr kadrları hazırlanacaq.
Azərbaycanda dəniz və enerji hüququ sahəsi üzrə magistrlər hazırlanacaq

Azərbaycan, Bakı, 24 may /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Nazirlər Kabinetinin "Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı"nda etdiyi yeni dəyişiklik əsasında ölkədə dəniz və enerji hüququ sahəsi üzrə də magistr kadrları hazırlanacaq.

Nazirlər Kabinetindən cümə axşamı Trend-ə verilən məlumata görə, yeni qərarla təsnifatın "Humanitar və sosial ixtisaslar qrupu" hissəsinin "Hüquqşünaslıq" ixtisasına "Dəniz və enerji hüququ" sözləri də əlavə edib.

Bu dəyişiklik Təhsil Nazirliyinin təklifi əsasında edilib.

Xəbər lenti

Xəbər lenti