Azərbaycan, Bakı, 25 may / Trend müxbir K.Zərbalıyeva/
"Eurovision-2012" mahnı müsabiqəsinin final gecəsi Bakıda fasilələrlə yağış yağacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, mayın 26-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Axşam və gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimal olunur. Şimal küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 15-20, gündüz 25-30 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında sabah əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 16-21, gündüz 25-30, dağlarda gecə 7-11, gündüz 17-22 dərəcə isti olacaq.
Mayın 26-27-də Azərbaycanın rayonlarında əsasən gecə və axşam şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.