Azərbaycan, Bakı, 29 may /Trend/
Bakı şəhər İcra Hakimiyyəti mayın 28-də Respublika Günü münasibətilə Milli Parkda konsert təşkil edib.
Bir neçə saat davam edən konsertdə şəhərimizin on minlərlə sakini və qonaqları respublikamızın tanınmış incəsənət ustalarının çıxışlarını böyük maraqla dinləmiş, gözəl rəqslərə tamaşa ediblər.
Tədbir möhtəşəm atəşfəşanlıqla başa çatıb.
28 May - Respublika Günü münasibətilə Bakıda bayram konserti və atəşfəşanlıq olub (FOTO)
Bakı şəhər İcra Hakimiyyəti mayın 28-də Respublika Günü münasibətilə Milli Parkda konsert təşkil edib.