...

Azərbaycanda bir neçə dərmanın istifadəsi qadağan edilib

Cəmiyyət Materials 29 May 2012 16:43 (UTC +04:00)
Azərbaycanda 5 faizli "Bor turşusu" və 2,5 faizli Leyner məlhəminin istifadəsi, satışı və idxalının dayandırılacağı gözlənilir. Bu barədə çərşənbə axşamı Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib.
Azərbaycanda bir neçə dərmanın istifadəsi qadağan edilib

Azərbaycan, Bakı, 29 may /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda 5 faizli "Bor turşusu" və 2,5 faizli Leyner məlhəminin istifadəsi, satışı və idxalının dayandırılacağı gözlənilir. Bu barədə çərşənbə axşamı Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, artıq pereferik arteriyaların endiartriti zamanı istifadə edilən "Buflomedil" tərkibli dərman preparatlarının Azərbaycanda satışı, istifadəsi və idxalı dayandırılıb. Azərbaycanda "Buflomedil" tərkibli 4 adda dərman satılıb. Amma artıq onlardan üçü - İtaliya istehsali olan "İrrodan" həbi, "İrrodan" inyeksiya məhlulu və "İrrodan-retarti" həbinin ölkə ərazisində satışı dayandırılıb.

Yunanıstan istehsalı olan "Buflomedil" tərkibli "Dialon-T" dərmanının dövlət qeydiyyatı isə artıq ləğv edildiyi üçün o da satışdan yığışdırılacaq və istifadəsinə icazə verilməyəcək.

Bununla yanaşı, xaricə istifadə edilən 100 faizli bor turşusunun dövlət qeydiyyatı ləğv edilib, "Qatifloksasin" tərkibli dərmanların dövlət qeydiyyatına icazə verilməməsi barədə qərar qəbul edilib.

Nazirlikdən deyilib ki, "Qatifloksasin" tərkibli dərmanların dövlət qeydiyyatına alınması üçün bir necə müraciət daxil olub. Amma artıq müvafiq qərar qəbul olunduğu üçün həmin dərmanların qeydiyyatı məsələsinə baxılmayacaq.

Xəbər lenti

Xəbər lenti