...

Azərbaycanın “SAZZ INTERNET” provayderi yay endirim kampaniyasina başlayır

Cəmiyyət Materials 1 İyun 2012 12:47 (UTC +04:00)
SAZZ genişzolaqlı simsiz limitsiz internet xidməti yay endirim kampaniyasına başlayır.
Azərbaycanın “SAZZ INTERNET” provayderi yay endirim kampaniyasina başlayır

Azərbaycan, Bakı, 1 iyun /Trend/

SAZZ genişzolaqlı simsiz limitsiz internet xidməti yay endirim kampaniyasına başlayır. İyun ayının 1-dən avqustun 31-nə qədər nəzərdə tutulmuş "Bu yay Sazz keçəcək" kampaniyası çərçivəsində şirkət müştərilərə müxtəlif endirim paketlərini təqdim edəcək. Kampaniyada təqdim olunan endirim paketlərindən faydalanan müştərilər çox əlverişli şərtlərlə həm Sazz abunəçisi ola biləcək, həm də onlara lazım olan qurğu və avadanlıqları əldə emək imkanına sahib olacaqlar.

Sazz İnternet Yay endirim kampaniyasına üç paket təqdim edib.
Qiyməti 99 manat təşkil edən birinci paketə pulsuz qoşulma, iki aylıq abunə haqqı və AX326 USB modemi daxildir.

159 manatlıq ikinci paketə pulsuz qoşulma və altı aylıq abunə haqqı ilə bərabər bu paketə AX326 USB modemi daxildir.

Dəyəri 329 manat olan üçüncü paket isə abunəçilərə böyük endirimlə bərabər həm də seçim imkanı verir. Belə ki, həmin paketi almağa qərar verənlər pulsuz qoşulma və 10 aylıq abunə haqqı ilə bərabər iki avadanlıq komplektindən birini seçə bilərlər. Bunlardan birinə AX326 USB modemi, SX361 gücləndiricisi və MF-10 Wi-Fi routeri, digərinə isə AX350 WiFi-WiMax mərkəzi daxildir.

Kampaniya Sazz 4G Internet xidmətləri şirkətinin Süleyman Rüstəm küçəsi 9 ünvanında yerləşən baş ofisi daxil olmaqla şirkətin brend mağazalarında da keçərlidir.

Azərbaycanda Mobile WiMAX 4G texnologiyası əsasında fəaliyyət göstərən ən böyük genişzolaqlı simsiz İnternet xidməti olan SAZZ İnternet 2010-cu ildə AzQtel şirkəti tərəfindən qurulub. SAZZ İnternet istifadəçilərə 25 manatlıq aylıq abunə haqqı müqabilində saniyədə 10 Mb-dək qoşulma sürəti olan standart tarif planını təqdim edir.

Bakı, Sumqayıt, Xırdalan, Mİngəçevir şəhərlərini, habelə Abşeron yarımadasının əksər qəsəbələrinin böyük qismini əhatə edən Sazz İnternet 2012-ci ilin sonlarına qədər ardıcıl olaraq Azərbaycanın iri regionlarında da fəaliyyət göstərməyə başlayacaq.

Xəbər lenti

Xəbər lenti