...

Acarıstandan olan astmalı uşaqlar Naxçıvanda reabilitasiyadan keçəcəklər

Cəmiyyət Materials 1 İyun 2012 16:33 (UTC +04:00)
Acarıstan hökuməti və Azərbaycan konsulluğunun təşəbbüsü ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Batumidən Naxçıvana 15 uşaq göndərilib.
Acarıstandan olan astmalı uşaqlar Naxçıvanda reabilitasiyadan keçəcəklər

Gürcüstan, Tbilisi, 1 iyun /Trend, müxbir N.Kirsxaliya/

Acarıstan hökuməti və Azərbaycan konsulluğunun təşəbbüsü ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Batumidən Naxçıvana 15 uşaq göndərilib. Trend-in məlumatına görə, Astmadan əziyyət çəkən yeniyetmələr bronxial astma xəstələri üçün Naxçıvan Reabilitasiya Mərkəzində pulsuz müalicə kursu keçəcək.

"Astma xəstəliyi olan uşaqların Azərbaycana göndərilməsi bu gün rəmzi hadisədir. Bu, bir neçə ay əvvəl Naxçıvan Muxtar Respublikası (NMR) ilə rəsmiləşdirilmiş dostluq haqqında memorandumun nəticəsidir. NMR Ali Məclisinin sədri Vasif Talıbovun dəvəti ilə gələn uşaqlar Cənubi Qafqazın ən güclü mərkəzində müalicə olunacaqlar. Bütün uşaqları beynəlxalq gün münasibətilə təbrik etmək, sağlamlıq və əmin-amanlıq arzulamaq istəyirəm", - Acarıstan hökumətinin rəhbəri Levan Varşalomidze deyib.

Uşaqları Varşalomidze və Azərbaycanın Acarıstandakı baş konsulu Hüseyn Nəcəfov yola salıb.

10-15 yaşlı yeniyetmələr mərkəzdə iki həftə olacaqlar. Onlar il ərzində dörd dəfə reabilitasiya müalicə kursu keçəcəklər.

Xəbər lenti

Xəbər lenti