...

TQDK buraxılış imtahanlarında şagirdlərin cavablarının elan olunacağı müddəti açıqlayıb

Cəmiyyət Materials 4 İyun 2012 11:55 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) buraxılış imtahanlarında şagirdlərin cavablarının elan olunacağı müddəti açıqlayıb.
TQDK buraxılış imtahanlarında şagirdlərin cavablarının elan olunacağı müddəti açıqlayıb

Azərbaycan, Bakı, 4 iyun/ Trend müxbir M.Əliyev/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) buraxılış imtahanlarında şagirdlərin cavablarının elan olunacağı müddəti açıqlayıb.

Trend-in məlumatına görə, Komissiyadan bazar ertəsi bildiriblər ki, TQDK tərəfindən keçirilən buraxılış imtahanlarında şagirdin test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumat onun imtahan verdiyi gündən etibarən 5 günədək müddətdə elan edilir.

Şagirdin 5 ballıq şkala üzrə imtahan qiymətləri bütün ölkədə buraxılış imtahanları bitdiyi gündən etibarən 10 günədək müddətdə elan ediləcək.

Xəbər lenti

Xəbər lenti