Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir İ.İsabalayeva/
Sabah Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, iyunun 9-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 16-21, gündüz 24-29 dərəcə isti olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlan, Türkan, Hövsan, Sahil, Şıxda 22-23 dərəcə isti olacağı gözlənilir.
İyunun 10-u axşamadək Abşeron yarımadasında güclü şimal-qərb küləyinin davam edəcəyi proqnozlaşdırılır.
Azərbaycanın rayonlarında şimşək çaxacağı, yağış yağacağı ehtimal olunur. Ayrı-ayrı rayonlarda qərb küləyinin güclənəcəyi gözlənilir.
Havanın temperaturu gecə 15-20, gündüz 25-30, dağlarda gecə 7-12, gündüz 18-23 dərəcə isti olacaq.