...

Azərbaycanda yay turizm mövsümü başladı

Cəmiyyət Materials 13 İyun 2012 20:14 (UTC +04:00)
Trend-in məlumatına görə, bununla bağlı bu gün keçirilən yay turizm mövsümünün açılış mərasimində çıxış edən Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib ki, ötən il ərzində dünyada turizmin inkişaf tempi 5-6 faiz təşkil etdiyi halda, Azərbaycanda bu göstərici 14 faiz olub.
Azərbaycanda yay turizm mövsümü başladı

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda yay turizm mövsümü elan edilib.

Trend-in məlumatına görə, bununla bağlı bu gün keçirilən yay turizm mövsümünün açılış mərasimində çıxış edən Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib ki, ötən il ərzində dünyada turizmin inkişaf tempi 5-6 faiz təşkil etdiyi halda, Azərbaycanda bu göstərici 14 faiz olub.

Nazir bildirib ki, ilk dəfə olaraq Azərbaycana gələn qonaqların sayı 2 milyonu keçib və 2 milyon 134 min nəfər təşkil edib.

"İlk dəfə olaraq mehmanxanaların sayı 500-ü ötüb. Bu gün Azərbaycanda 508 mehmanxana fəaliyyət göstərir", - Qarayev qeyd edib.

Qarayev deyib ki, bu gün Azərbaycanda turizm yalnız Bakıda deyil, regionlarda da inkişaf edib. Artıq Azərbaycanda turzim sənayesini inkişaf etdirən güclü qüvvələr formalaşır.

"Azərbaycanda keçirilən tədbirlər onu göstərir ki, ölkəmiz çoxsaylı qonaqları qarşılamağa və onlara yüksək xidmət etməyə hazır olan ölkədir. "Eurovision 2012" mahnı müsabiqəsinin Azərbaycanda keçirilməsi də turizm xidmətlərinin səviyyəsini qaldıran təkan kimi qiymətləndirilməlidir", - o bildirib.

Xəbər lenti

Xəbər lenti