...

Devid Kulthard Bakıda şou göstərdi (FOTO)

Cəmiyyət Materials 17 İyun 2012 19:23 (UTC +04:00)
Bakının mərkəzində, Neftçilər prospektində improvizasiya edilmiş yarış trasında Formula 1-in "Red Bull Racing" komandasının hazırkı çempionunun nümayiş girişləri keçirilib
Devid Kulthard Bakıda şou göstərdi (FOTO)

Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir M.Əliyev/

Bakının mərkəzində, Neftçilər prospektində improvizasiya edilmiş yarış trasında Formula 1-in "Red Bull Racing" komandasının hazırkı çempionunun nümayiş girişləri keçirilib.

Trend-in məlumatına görə, Bakının mərkəzində təşkil olunan sürət bayramında şəhər sakinləri 2001-ci ildə Sebastyan Fettelə dünya çempionu olmaq, "Red Bull Racing" komandasına isə Konstruktorlar Kubokunda əminliklə qalibiyyət əldə etmək imkanını vermiş Formula 1-in ən sürətli yarış bolidini - RB7-ni öz gözləri ilə görüblər.

RB7 bazar günü tamaşaçılara inanılmaz sürəti, manevrliliyi, baxımlı "ponçik" bişirməni və 2,5 saniyə ərzində saatda 100 km-dək sürət yığmanın fenomenal xarakteristikalarını nümayiş etdirib.

Yarış bolidini ən məşhur yarışçılardan biri, Formula 1-in əfsanəsi, Formula 1-in "Red Bull Racing" komandasının üzvü Devid Kulthard idarə edib. Onun sürətli keçidləri tamaşaçıların heyrətinə səbəb olub. Günün ikinci yarısından başlayaraq Kulthardın idarə etdiyi RB7-nin motorunun səsi və şinlərin qoxusu Bakının sahilkənarı bulvarını bürüyüb.

Xəbər lenti

Xəbər lenti