...

Bakıda havanın temperaturu iqlim normasına yaxınlaşır

Cəmiyyət Materials 19 İyun 2012 12:59 (UTC +04:00)
İyunun 20-də Abşeron yarımadasında gün ərzində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, temperaturun iqlim normasına yaxın olacağı gözlənilir.
Bakıda havanın temperaturu iqlim normasına yaxınlaşır

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir İ.İsabalayeva/

İyunun 20-də Abşeron yarımadasında gün ərzində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, temperaturun iqlim normasına yaxın olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, iyunun 20-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 17-20, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 20-21, Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlanda 21-22, Türkan, Hövsan, Sahil, Şıxda 21-22 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında iyunun 20-də əsasən gecə və axşam saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 16-21, gündüz 29-34, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti