...

Azərbaycan Gənclər Fondu bölgələrdə keçirilən təqdimatları yekunlaşdırıb

Cəmiyyət Materials 19 İyun 2012 13:07 (UTC +04:00)
Fonddan Trend-ə verilən məlumata görə, Quba, Qəbələ, Göyçay, Salyan, Sabirabad, Gəncə və Bərdə kimi şəhərlərdə Gənclər Fondu aktiv gəncləri bir araya toplayaraq Fond haqqında təqdimat etmiş və gənclərə layihələrini necə maliyyələşdirə biləcəkləri haqda ətraflı məlumat vermişdir.
Azərbaycan Gənclər Fondu bölgələrdə keçirilən təqdimatları yekunlaşdırıb

Azərbaycan, Bakı, 19 iyun /Trend/

Azərbaycan Gənclər Fondu ölkəmizin bölgələrində təqdimatlar keçirib.

Fonddan çərşənbə axşamı Trend-ə verilən məlumata görə, Quba, Qəbələ, Göyçay, Salyan, Sabirabad, Gəncə və Bərdə kimi şəhərlərdə Gənclər Fondu aktiv gəncləri bir araya toplayaraq Fond haqqında təqdimat edib və gənclərə layihələrini necə maliyyələşdirə biləcəkləri barədə ətraflı məlumat verib.

Keçirilən təqdimat mərasimlərinə bölgələrin aktiv gəncləri və gənclər təşkilatları toplanıblar. O cümlədən, müvafiq şəhərlərin və rayonların Gənclər və İdman idarələrinin rəisləri, İcra Hakimiyyətinin nümayəndələri təqdimatlarda iştirak ediblər.

Azərbaycan Gənclər Fondu bölgələrdə keçirilən təqdimatları yekunlaşdırıb. Fondun növbəti təqdimatı bu gün Sumqayıt şəhərində, Sumqayıt şəhər Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzində baş tutub.

Təqdimatı Fondun strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri Orxan Ərəbov aparıb.

Tədbirdə Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Musa Həsənov da iştirak edib.

Ümumilikdə, təqdimata 200-ə yaxın gənc qoşulub.

Qeyd edək ki, Sumqayıtda keçiriləcək təqdimatda həmçinin işğal altında olan Şuşa, Qubadlı, Zəngilan kimi bölgələrdən olan gənclər də iştirak ediblər.

Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu Azərbaycan Prezidentinin 2011-ci il 19 dekabr tarixli fərmanı ilə yaradılıb.

Xəbər lenti

Xəbər lenti