...

Azərbaycanın bəzi çaylarında daşqınlar gözlənilir

Cəmiyyət Materials 21 İyun 2012 13:26 (UTC +04:00)
Dünən axşam yağan yağışlar nəticəsində bu gün ölkənin bəzi çaylarında suyun səviyyəsi artıb. Bunu cümə axşamı Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.
Azərbaycanın bəzi çaylarında daşqınlar gözlənilir

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir İ.İsabalayeva/

Dünən axşam yağan yağışlar nəticəsində bu gün ölkənin bəzi çaylarında suyun səviyyəsi artıb. Bunu cümə axşamı Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.

Onun sözlərinə görə, sululuğun artımı əsasən Böyük Qafqazın dağ çaylarında - Balakən-Şəki, Quba-Qusar çaylarında baş verib. Balakən-Şəki bölgəsindəki Qanıx çayında suyun səviyyəsi 8, Quba-Qusar bölgəsindəki Qudyalçay, Vəlvələçayda isə 3-14 sm yüksəlib.

Verdiyev deyib ki, yaxın günlərdə Azərbaycanın bəzi ərazilərində gözlənilən yağışlarla əlaqədar dağ çaylarında sululuğun artacağı proqnozlaşdırılır. Gözlənilən lokal leysan yağışlar nəticəsində isə dağ çaylarında qısamüddətli daşqınlar da ola bilər.

Verdiyev hazırda Kür çayında suyun səviyyəsinin stabil olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti