...

Beynəlxalq fond "EkoSfera"nın rəhbərini təltif edib

Cəmiyyət Materials 22 İyun 2012 18:11 (UTC +04:00)
BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin Bioekologiya kafedrasının dosenti Firuzə Sultan-zadə "Dədə Qorqud" Milli Fondu və "Azərbaycan dünyası" beynəlxalq jurnalı tərəfindən cümə günü "Qızıl ürək" ordeni ilə təltif edilib.
Beynəlxalq fond "EkoSfera"nın rəhbərini təltif edib

Azərbaycan, Bakı, 22 iyun /Trend/

BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin Bioekologiya kafedrasının dosenti Firuzə Sultan-zadə "Dədə Qorqud" Milli Fondu və "Azərbaycan dünyası" beynəlxalq jurnalı tərəfindən cümə günü "Qızıl ürək" ordeni ilə təltif edilib.

Trend-in məlumatına görə, orden Sultan-zadənin ətraf mühitin mühafizəsi, Azərbaycanın təbii və mədəni irsinin mühafizəsi sahəsində interaktiv-maarifləndirici müəllif proqramlarının inkişafı, ekoloji tərbiyə və təhsilin, əhalinin, ilk növbədə, gənclərin və məktəblilərin ekoloji mədəniyyətinin səviyyəsinin artırılmasına yönəldilmiş 50-dən çox beynəlxalq layihə, proqram və aksiyaların həyata keçirilməsi, təbiətin qorunması sahəsindəki təcrübənin gənc kadrlara ötürülməsi, ekologiya sahəsində elmi-tədqiqi işlərin aparılması, ekologiya sahəsində 20 illik pedaqoji və "EkoSfera" Sosial-Ekoloji Mərkəzinin rəhbəri kimi 15 illik ictimai fəaliyyətinə görə verilib.

Bu qərar "Dədə Qorqud" Fondunun Ağsaqqallar Şurası tərəfindən qəbul edilib.

Mükafat Qala Etno-Ekoloji Mərkəzdə "Azərbaycan dünyası" jurnalının təsisçisi və baş redaktoru, "Dədə Qorqud" Fondunun prezidenti Eldar İsmayılov tərəfindən təqdim edilib.

Qeyd edək ki, "Azərbaycan dünyası" jurnalı 1998-ci ildə təsis edilib. Jurnal iqtisadi, siyasi, mədəni sahələrdə Azərbaycanın uğurları haqqında məlumat verir.

Xəbər lenti

Xəbər lenti