...

Ötən ay Azərbaycanda 70 nəfər qidadan zəhərlənib

Cəmiyyət Materials 25 İyun 2012 16:48 (UTC +04:00)
Bu ilin may ayı ərzində Azərbaycan əhalisi arasında 62 qida zəhərlənməsi hadisəsi baş verib.
Ötən ay Azərbaycanda 70 nəfər qidadan zəhərlənib

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir İ.İsabalayeva/

Bu ilin may ayı ərzində Azərbaycan əhalisi arasında 62 qida zəhərlənməsi hadisəsi baş verib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, zəhərlənmə hadisələrindən 70 nəfər zərər çəkib.

May ayı ərzində respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 107 müəssisənin sahibkarı inzibati qaydada cərimələnib. Bununla yanaşı, 58 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 25 nəfər işdən müvəqqəti kənarlaşdırılıb.

Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 1029, mikrobioloji göstəricilərinə görə 788, toksikoloji göstəricilərinə görə 258, radioloji göstəricilərinə görə 14 yeyinti məhsulu nümunəsi laboratoriya müayinələrinə cəlb olunub. Nümunələrin 18-də orqanoleptik və fiziki-kimyəvi, 27-də isə mikrobioloji göstəricilərinə görə normalardan kənara çıxmalar müəyyən olunub.

Şadlıq evlərindən 2665 yaxma nümunəsi, 8 soyuq qəlyanaltı nümunəsi götürülüb, yaxma nümunələrində 57 çirklənmə aşkarlanıb.

Xəbər lenti

Xəbər lenti