...

Azərbaycanda “elektron hökumət” portalında sənədlərin layihələrinin yerləşdirilməsi qaydaları təsdiqlənib

Cəmiyyət Materials 27 İyun 2012 11:55 (UTC +04:00)
Azərbaycan hökuməti Nazirlər Kabineti və mərkəzi icra orqanlarının normativ-hüquqi aktları layihələrinin "elektron hökumət" portalında yerləşdirilməsi qaydalarını təsdiqləyib.
Azərbaycanda “elektron hökumət” portalında sənədlərin layihələrinin yerləşdirilməsi qaydaları təsdiqlənib

Azərbaycan, Bakı, 27 iyun /Trend, müxbir H.Vəliyev/

Azərbaycan hökuməti Nazirlər Kabineti və mərkəzi icra orqanlarının normativ-hüquqi aktları layihələrinin "elektron hökumət" portalında yerləşdirilməsi qaydalarını təsdiqləyib.

Təsdiq olunmuş qaydalara görə, Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə bir ay ərzində Nazirlər Kabinetinin və mərkəzi icra orqanlarının normativ-hüquqi aktları layihələrinin portalda yerləşdirilməsi üçün texniki imkanları təmin etmək tapşırılıb.

Qaydalar normativ-hüquqi aktların layihələrinin mərkəzi icra orqanları tərəfindən hazırlanmış layihələrini və onların açıq müzakirəsinin təmin olunmasını, həmçinin onların müzakirəsində iştirak edən informasiya sahibləri tərəfindən cavabların verilməsini nəzərdə tutur.

Layihələr "elektron hökumət" portalının xüsusi bölməsində yerləşdiriləcək. Normativ-hüquqi aktların layihələrinin müzakirəsi üçün portalda qeydiyyatdan keçmək vacibdir.

Portalda yerləşdirilmiş sənədlər elektron imza ilə təsdiqlənəcək. Layihələrin müzakirə dövrü beş gündən 10 günədək təşkil edə bilər. Müzakirənin sonunda layihələr portaldan silinəcək.

Dəyişikliklərin və əlavələrin daxil edilməsindən sonra layihələr, qaydalara əsasən, portalda yenidən yerləşdiriləcək.

Bütün informasiya arxivləşdiriləcək, siyahı isə portalda saxlanılacaq.

Xəbər lenti

Xəbər lenti