...

Azərbaycanda mətbuatda reklam sahəsində Türkiyənin təcrübəsindən istifadə oluna bilər

Cəmiyyət Materials 30 İyun 2012 13:59 (UTC +04:00)
Mətbuatın əl yayımında yaranan problemlərin aradan qaldırılması üçün bir sıra təkliflər irəli sürülüb.
Azərbaycanda mətbuatda reklam sahəsində Türkiyənin təcrübəsindən istifadə oluna bilər

Azərbaycan, Bakı, 30 iyun /Trend/

Bügünkü görüş sırf mətbuatın iqtisadi problemlərinə həsr olunmuşdu və orada siyasi yönündən asılı olmayaraq, ictimai-siyasi fikrin formalaşmasına xidmət edən KİV-lərin baş redaktorları iştirak edirdilər. Bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun Mətbuat Şurasında qəzet redaktorları ilə keçirdiyi görüşün nəticələrinə dair Trend-ə açıqlamasında Şuranın sədri Əflatun Amaşov bildirib.

"Görüşdə mətbuatın iqtisadi vəziyyəti, qəzetlərin yayımı, reklam bazarının, sosial reklamın genişləndirilməsi məsələləri müzakirə olundu və baş redaktorlar bununla bağlı öz təkliflərini irəli sürdülər. Həmin təkliflər də ümumiləşdiriləcək və bu problemlərlə bağlı müəyyən addımlar atılacaq", - Amaşov deyib.

MŞ sədrinin sözlərinə görə, görüşdə mətbuatda reklam sahəsində Türkiyənin təcrübəsindən yararlanmaq təklif olunub.

"Türkiyədə mətbuatda reklama nəzarət edən bir qurum var. Bu sahədə Türkiyə təcrübəsindən istifadə etmək təklif olundu və bu təcrübə Azərbaycan tətbiq olunarsa, mətbuatın inkişafına necə təsir edəcəyi müzakirə edildi", - Amaşov qeyd edib.

Mətbuatın əl yayımında yaranan problemlərin aradan qaldırılması üçün bir sıra təkliflər irəli sürülüb. Bu təkliflər Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun Mətbuat Şurasında qəzet redaktorları ilə keçirdiyi görüşdə səsləndirilib.

Şuradan az əvvəl Trend-ə bildirilmişdi ki, təkliflər ümumiləşdirilərək yaxın günlərdə bununla bağlı qərar qəbul olunacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti