...

Azərbaycanda qeyri-sabit hava şəraiti davam edəcək

Cəmiyyət Materials 2 İyul 2012 13:13 (UTC +04:00)
Azərbaycanda qeyri-sabit hava şəraiti davam edəcək.
Azərbaycanda qeyri-sabit hava şəraiti davam edəcək

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda qeyri-sabit hava şəraiti davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, iyulun 3-də Bakıda və Abşeron yarımadasında gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, səhər kəsiləcəyi, gündüz dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 16-19, gündüz 24-27 dərəcə isti olacağı gözlənilir.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22, Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlanda 21-22°, Türkan, Hövsan, Sahil, Şıxda 23-24 dərəcə isti olacağı gözlənilir.

Yaxın 2 gündə Abşeron yarımadasında nisbətən sərin hava şəraiti və eyni zamanda meteoroloji amillərin norma daxilində tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında iyulun 3-də əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 14-19, gündüz 24-29, dağlarda gecə 7-11, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti