...

Xəzərdə quraşdırılacaq seysmik stansiyaların yeri müəyyənləşdirilib (FOTO)

Cəmiyyət Materials 2 İyul 2012 15:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) tərəfindən Xəzər dənizinin Azərbaycan sektorunda dənizdibi seysmik stansiyaların quraşdırılması üçün işlərə başlanılıb.

Mərkəzin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, bununla əlaqədar ABŞ-ın "Kinemetriks" şirkətinin əməkdaşları Mathias Franke, Martin Tymon Rapa və Rudy Diaz Bakıda səfərdə olublar.

Səfərdə məqsəd dənizdibi seysmik stansiyaların quraşdırılması zamanı istifadə olunacaq qurğuların texniki imkanları, stansiyaların quraşdırılacağı platformalar ("Ümid", "Bahar" və "Günəşli" yataqları) və bu stansiyaların quraşdırılması üçün lazım olan avadanlıqların müəyyənləşdirilməsi olub.

Səfər çərçivəsində qonaqlar AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, geologiya-minerologiya elmlər doktoru Qurban Yetirmişli və Mərkəzin əməkdaşlarının iştirakı ilə dənizdibi seysmik stansiyaların quraşdırılacağı platformalarda olublar.

Artıq platformalarda dənizdibi stansiyaların yeri müəyyənləşdirilib. Yaxın aylarda dənizdibi seysmik stansiyalar "Ümid", "Bahar" və "Günəşli" yataqlarındakı platformalarda quraşdırılacaq. İlkin mərhələdə dənizdibi stansiyaların quraşdırılmasında RSXM-in əməkdaşları ilə yanaşı, amerikalı mütəxəssislərin iştirakı nəzərdə tutulsa da, gələcəkdə bu tipli stansiyaların Mərkəzin öz əməkdaşları tərəfindən quraşdırılması nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti